Ev TexnologiyaUkraynada yeni “ZIRKA” antidron sistemi təqdim olunub

Ukraynada yeni “ZIRKA” antidron sistemi təqdim olunub

by Baş Redaktor
130 Baxış

Ukraynada pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədilə hazırlanmış yeni “ZIRKA” antidron sistemi ilk dəfə ictimaiyyətə təqdim edilib.

Army.az xəbər verir ki, bu barədə “Vyriy Industries” şirkəti məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, sistem onların investisiya dəstəyi və ekspert yardımı ilə hazırlanıb, texniki icra isə NOCTIS şirkəti tərəfindən həyata keçirilib.

Mühəndislər layihəni hazırlayarkən real döyüş şəraitində toplanmış təcrübədən istifadə ediblər. Prosesə 412-ci “Nemesis” İnsansız Sistemlər Briqadasının “Darknode” antidron bölməsinin hərbi mütəxəssisləri də cəlb olunub.

banner

Yeni platforma hava hədəflərinin avtomatik aşkarlanması, izlənməsi və istiqamətləndirilməsi funksiyalarını özündə birləşdirir.

Əlaqəli Yazılar Xüsusi