Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında siyasi mövqeyini Paşinyanla bağlılıq kontekstində ifadə edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
O bildirib ki, özünü yalnız Nikol Paşinyanla birgə siyasi fəaliyyətdə görür və ondan kənarda hər hansı siyasi prosesdə iştirakını təsəvvür etmir.
Eyni zamanda Simonyan hazırda Paşinyanla gələcək əməkdaşlıq və ya vəzifə bölgüsü ilə bağlı hər hansı rəsmi razılaşmanın olmadığını da vurğulayıb.
