Ev GündəmKİV: Ermənistan Zod yatağının istismarı ilə bağlı hansı riskləri gündəmə gətirir?

KİV: Ermənistan Zod yatağının istismarı ilə bağlı hansı riskləri gündəmə gətirir?

by Baş Redaktor
62 Baxış

Azərbaycan Zod qızıl yatağının öz nəzarətində olan hissəsində hasilatın artırılması istiqamətində konkret investisiya və istehsal planlarını təsdiqləyib. Ermənistan tərəfi isə sərhədyanı ərazidə yerləşən bu yatağın istismarı ilə əlaqədar təhlükəsizlik və ekoloji amillərin mütəxəssislər tərəfindən qiymətləndirilməsinin vacibliyini ön plana çəkir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Nəşrin yazdığına görə, Azərbaycan Ermənistanla sərhəddə yerləşən Zod-Zod qızıl yatağının öz nəzarətindəki sahəsinin inkişafı üçün 250 milyon dollar həcmində investisiya layihəsi reallaşdırır.

Layihə hasilat gücünün artırılmasını, filizin emalı və zənginləşdirilməsi məqsədilə flotasiya müəssisəsinin inşasını əhatə edir. Sənaye istehsalına 2028-ci ildən başlanması planlaşdırılır. Məlumata əsasən, ərazidə ilkin partlayış işləri də artıq aparılıb.

banner

Məqalədə, həmçinin xatırladılır ki, Prezident İlham Əliyevin sentyabrın 23-də təsdiqlədiyi 2027–2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramında Zod yatağının Azərbaycan ərazisində yerləşən hissəsində istismar fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub.

Əlaqəli Yazılar Xüsusi