Ev Gündəmİstanbulda leysan faciəyə səbəb oldu: İki nəfər öldü

İstanbulda leysan faciəyə səbəb oldu: İki nəfər öldü

by Baş Redaktor
63 Baxış

Türkiyənin İstanbul şəhərində yağan güclü yağışlar ciddi fəsadlar törədib. Küçələri, evləri və iş yerlərini su basıb, şəhərdə nəqliyyatın hərəkəti çətinləşib.

Army.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, leysan nəticəsində iki nəfər həyatını itirib.

Fatih rayonunda parkda su gölməçəsinə ayağı ilə toxunan 14 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırma başlanıb.

Digər faciəvi hadisə Sarıyer rayonunda baş verib. Sel sularının axdığı küçədə yolun qarşı tərəfinə keçmək istəyən 34 yaşlı şəxs sürüşərək yıxılıb və başı səkiyə dəyib. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

banner

Güclü yağışların davam etməsi səbəbindən İstanbulda məktəblərdə dərslər dayandırılıb. Sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə edilib.

Əlaqəli Yazılar Xüsusi