Ev GündəmNavrotskinin Trampa təqdim etdiyi gizli hədiyyə üzə çıxıb – FOTO

Navrotskinin Trampa təqdim etdiyi gizli hədiyyə üzə çıxıb – FOTO

by Baş Redaktor
34 Baxış

Polşa Prezidenti Karol Navrotskinin ABŞ Prezidenti Donald Trampa kəhrəba elementləri ilə işlənmiş xüsusi dizaynlı kreslo bağışladığı üzə çıxıb.

Army.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı məlumat yayıb.

Bildirilir ki, Navrotski 2026-cı ilin iyun ayında ABŞ-yə etdiyi səfər zamanı Trampa iki hədiyyə təqdim edib. Səfər ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümü və Donald Trampın 80 yaşının tamam olması ilə əlaqədar baş tutub.

Hədiyyələrdən biri barədə əvvəlcədən rəsmi məlumat verilib. Söhbət Vaşinqtonda tikilməsi nəzərdə tutulan zəfər tağı üçün hazırlanmış mərmər lövhədən gedir. Digər hədiyyənin məzmunu isə indiyədək ictimaiyyətə açıqlanmayıb. Son məlumatlar həmin bağlamanın kəhrəba ilə bəzədilmiş xüsusi kreslo olduğunu ortaya qoyub.

banner

Əlaqəli Yazılar Xüsusi