Ev TexnologiyaMərakeş müdafiə sənayesində yerli istehsalın payını artırmağı planlaşdırır

Mərakeş müdafiə sənayesində yerli istehsalın payını artırmağı planlaşdırır

by Baş Redaktor
39 Baxış

Mərakeş qarşıdakı illərdə müdafiə sənayesinin inkişafını sürətləndirərək hərbi təyinatlı məhsullarda xarici asılılığı azaltmağı planlaşdırır.

Army.az xəbər verir ki, ölkənin müəyyən etdiyi strategiyaya əsasən, 2035-ci ilə qədər yeni hərbi və təhlükəsizlik təyinatlı avadanlıqlara olan ehtiyacın 40 faizinin daxili istehsal hesabına qarşılanması nəzərdə tutulur.

Bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 4 milyard Mərakeş dirhəmi (təxminən 400 milyon dollar) məbləğində dövlət fondu yaradılıb. Strategiyanın digər əsas istiqamətlərindən biri də müdafiə məhsullarının xarici bazarlara çıxarılmasıdır. Belə ki, ixracdan əldə olunan gəlirlərin müdafiə sənayesinin ümumi gəlirlərindəki payının 65 faizi üstələməsi hədəflənir.

Yerli istehsalın inkişafı çərçivəsində pilotsuz uçuş aparatları, avtonom texnologiyalar, quru və dəniz hərbi platformaları, müdafiə elektronikası, kibertəhlükəsizlik və süni intellekt əsas prioritet sahələr kimi müəyyənləşdirilib.

banner

Əlaqəli Yazılar Xüsusi