Ev TexnologiyaRusiya hərbi təyyarələri Yaponiyanın hava məkanını pozdu: Tokio Moskvaya etiraz etdi

Rusiya hərbi təyyarələri Yaponiyanın hava məkanını pozdu: Tokio Moskvaya etiraz etdi

by Baş Redaktor
49 Baxış

Yaponiyanın hava məkanına Rusiyaya məxsus iki hərbi təyyarənin daxil olması Tokio ilə Moskva arasında diplomatik gərginliyə səbəb olub. Hadisədən sonra Yaponiya Hərbi Hava Qüvvələri dərhal qırıcı təyyarələri havaya qaldırıb.

Army.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insident Fukuoka prefekturasının Okinosima adası yaxınlığında qeydə alınıb. Yaponiya qırıcılarının pilotları Rusiya təyyarələrinin ekipajlarına xəbərdarlıq edib və vəziyyətə uyğun müdaxilə tədbirləri həyata keçiriblər.

Məlumata görə, Rusiya təyyarələri əvvəlcə Tsusima boğazı üzərindən hərəkət edib. Daha sonra Yaponiyanın Yonaquni adası ilə Tayvan arasından keçərək Sakit okeanın qərb istiqamətinə doğru uçuşlarını davam etdiriblər.

banner

Yaponiya hökumətinin baş katibi Minoru Kixara insidentlə bağlı keçirilən mətbuat konfransında Rusiyanın hərəkətlərinə sərt münasibət bildirib. O, hava məkanının pozulmasını ölkənin suverenliyinə və milli təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirib.

Kixaranın sözlərinə görə, Tokio diplomatik kanallar vasitəsilə Moskvaya qəti etirazını çatdırıb və analoji hadisələrin təkrarlanmamasını tələb edib.

Əlaqəli Yazılar Xüsusi