Ev Dünyaİran Xameneinin qətlinə görə 159 nəfəri məhkəməyə verdi: 92-si amerikalıdır

İran Xameneinin qətlinə görə 159 nəfəri məhkəməyə verdi: 92-si amerikalıdır

by Baş Redaktor
52 Baxış

İranın keçmiş Ali Rəhbəri Əli Xameneinin və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işinin istintaq mərhələsi başa çatıb. İş üzrə 159 nəfər barəsində ittiham aktı hazırlanaraq məhkəməyə təqdim olunub.

Army.az xəbər verir ki, bu barədə İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi mətbuat konfransında məlumat verib.

O bildirib ki, prokurorluğun apardığı araşdırmalar və zəruri hüquqi prosedurların yekunlaşmasından sonra hücumlarla əlaqəli hesab edilən şəxslər barəsində rəsmi ittiham irəli sürülüb. Onlardan 92-si ABŞ, 67-si isə İsrail vətəndaşıdır.

Kazeminin sözlərinə görə, ittiham aktı təsdiqləndikdən sonra işə hüquqi qiymət verilməsi və baxılması məqsədilə İslam İnqilabı Məhkəməsinə göndərilib.

banner

Sözçü vurğulayıb ki, məhkəmə araşdırmasının predmeti yalnız keçmiş Ali Rəhbərin öldürülməsi ilə bağlı epizodlardan ibarət deyil. Proses zamanı Xameneinin ailə üzvlərinin həyatını itirməsi ilə nəticələnən hadisələr də ayrıca araşdırılacaq.

Əlaqəli Yazılar Xüsusi