Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə İrəvan arasındakı münasibətlərdə əvvəlki yanaşmanın dəyişmədiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Paşinyan diplomatik sahədə və ya birgə gündəlikdə müəyyən fikir ayrılıqlarının yaranmasına baxmayaraq, Ermənistanın Rusiyaya münasibətinin dəyişmədiyini vurğulayıb.
Bununla yanaşı, hökumət başçısı ölkədə atom elektrik stansiyasının inşası məsələsində yalnız Rusiya variantı ilə kifayətlənməyəcəklərini qeyd edib. Onun sözlərinə görə, İrəvan bu layihə ilə bağlı müxtəlif ölkələrin təkliflərini nəzərdən keçirəcək.
Qeyd edək ki, daha əvvəl Paşinyan Ermənistan və Azərbaycan arasında anklav və eksklav ərazilərlə bağlı məsələnin həlli üçün dövlət sərhədlərinin qarşılıqlı razılaşma əsasında dəyişdirilməsini təklif etmişdi.
