Ev DünyaMedvedev: Rusiya şübhəli yük daşıyan ticarət gəmilərinə hücum edə bilər

Medvedev: Rusiya şübhəli yük daşıyan ticarət gəmilərinə hücum edə bilər

by Baş Redaktor
36 Baxış

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev düşmən ölkələrin ticarət gəmilərinin müəyyən hallarda hədəfə alına biləcəyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

Medvedevin sözlərinə görə, gəminin Kiyevin maraqlarına uyğun yük daşıdığına dair kifayət qədər əsaslı şübhələr yaranarsa, Rusiya belə gəmilərə qarşı zərbə endirmək hüququnu özündə saxlayır:

“Bu yanaşma yalnız Rusiyanın ərazi sularında deyil, neytral sularda üzən gəmilərə də şamil edilə bilər. Söhbət düşmən ölkələrə məxsus və qarşı tərəfin maraqlarına xidmət edən istənilən yükü daşıyan ticarət gəmilərindən gedir. Bu kateqoriyaya daxil ola biləcək gəmilərin sayı kifayət qədər çoxdur”.

banner

Əlaqəli Yazılar Xüsusi