Ev DünyaTramp: “ABŞ-İran danışıqlarının nəticəsi 48 saata məlum ola bilər”

Tramp: “ABŞ-İran danışıqlarının nəticəsi 48 saata məlum ola bilər”

by Baş Redaktor
60 Baxış

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında davam edən danışıqların yekun nəticəsi yaxın iki gün ərzində açıqlana bilər.

Army.az xəbər verir ki, Tramp bu fikirləri Los-Ancelesdən ayrılmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələr müsbət məcrada davam edir və mühüm irəliləyiş əldə olunub.

ABŞ Prezidenti əlavə edib ki, Hörmüz boğazında gəmiçiliyin bərpası avqustun 5-i və ya 6-da mümkün ola bilər.

banner

“Danışıqlar uğurla irəliləyir və yaxın 48 saat ərzində yekun mənzərə aydınlaşacaq. Hörmüz boğazının sabah və ya ertəsi gün açılması ehtimalı yüksəkdir. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etmişik”, – deyə Tramp bildirib.

Əlaqəli Yazılar Xüsusi