Ev Dünya5 mərtəbəli bina böyüklüyündə obyekt Aya doğru hərəkət edir – NASA

5 mərtəbəli bina böyüklüyündə obyekt Aya doğru hərəkət edir – NASA

by Baş Redaktor
12 Baxış

“SpaceX” şirkətinə məxsus raketin bir hissəsinin sabah Ay səthinə çırpılması gözlənilir.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Obyektin Qrinviç vaxtı ilə saat 06:35-də (Bakı vaxtı ilə 10:35-də) Ayla toqquşacağı ehtimal olunur.

Məlumata görə, 2025-ci ilin yanvarında buraxılan raketin yuxarı pilləsi təsadüfən Ayla toqquşma trayektoriyasına düşüb. Obyekt təxminən saniyədə 2,43 kilometr sürətlə hərəkət edir.

banner

NASA bildirib ki, hadisə Yer üçün heç bir təhlükə yaratmır. Agentlik raketin hərəkətini tədris məqsədilə izləməyə davam edəcək, toqquşmadan sonra isə zərbə yerini elmi tədqiqatlar üçün müşahidə edəcək.

Söhbət ölçüləri təxminən beşmərtəbəli binaya bərabər olan və Yer şəraitində çəkisi azı 4 min kiloqram təşkil edən raketin yuxarı pilləsindən gedir.

Raket hissəsinin trayektoriyasını ilk müəyyən edən astronom Bill Qreyin sözlərinə görə, obyekt Ayın işıqlanan tərəfində yerləşən Eynşteyn krateri yaxınlığına düşəcək. Onun proqnozuna əsasən, toqquşma nəticəsində diametri 17 metrdən böyük yeni krater yaranacaq.

Əlaqəli Yazılar Xüsusi