25
Fransa Prezidenti Emmanuel Makron ekologiya və ekoloji keçid naziri Monik Barbyunun istefa ərizəsini qəbul etməyib.
Army.az xəbər verir ki, Fransa mediasının məlumatına görə, Makronun dəstəyindən sonra nazir vəzifəsində qalmaq qərarına gəlib.
Məlumata görə, Barbyu kənd təsərrüfatında daha əvvəl qadağan olunmuş pestisidlərin istifadəsinə icazə verən qanun layihəsinə etiraz olaraq istefa vermək qərarına gəlmişdi.