Ev DünyaTramp süni intellektə yeni ad verdi – Fərman imzaladı

Tramp süni intellektə yeni ad verdi – Fərman imzaladı

by Baş Redaktor
42 Baxış

ABŞ Prezidenti Donald Tramp federal hökumətin rəsmi terminologiyasında “süni intellekt” ifadəsinin “superintellekt” ilə əvəzlənməsini nəzərdə tutan fərman imzalayıb.

Army.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, federal qurumların istifadə etdiyi terminologiya yeni texnologiyaların transformasiya potensialını və onların ABŞ cəmiyyəti üçün yarada biləcəyi imkanları əks etdirməlidir.

Sənəddə qeyd olunur ki, “superintellekt” ifadəsi sözügedən texnologiyaların potensialını və sürətlə genişlənən imkanlarını daha dəqiq ifadə edir.

banner

Fərmana əsasən, ABŞ dövlət qurumları qanunvericiliyin icazə verdiyi çərçivədə rəsmi yazışmalarda, ictimai açıqlamalarda, internet saytlarında və hesabatlarda yeni termindən istifadə etməlidirlər. Bununla yanaşı, mövcud qanun və normativ aktlara dəyişiklik edilməsinə ehtiyac yoxdur.

Əlaqəli Yazılar Xüsusi