Ev DünyaUkraynada deputata qarşı cinayət işi: Səbəb Putinə ünvanlanan təbrikdir

Ukraynada deputata qarşı cinayət işi: Səbəb Putinə ünvanlanan təbrikdir

by Baş Redaktor
25 Baxış

Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik etdikdən sonra barəsində cinayət işi başlanıb.

Army.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan açıqlama verilib.

Qurumun bildirdiyinə əsasən, cinayət işi Rusiyanın Ukraynaya qarşı törətdiyi əməllərə bəraət qazandırılması ilə bağlı maddə üzrə açılıb.

Məlumata görə, Dmitruk oktyabrın 7-də, Vladimir Putinin doğum günü münasibətilə özünün Teleqram kanalında Rusiya prezidentinə təbrik mesajı dərc edib.

banner

Əlaqəli Yazılar Xüsusi