Ev DünyaTrampın Si Cinpinlə görüşü zamanı Ağ Ev qarşısında etirazlar yaşandı

Trampın Si Cinpinlə görüşü zamanı Ağ Ev qarşısında etirazlar yaşandı

by Baş Redaktor
11 Baxış

ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpini və onun həyat yoldaşı Pen Liyuanı Ağ Evdə qəbul etdiyi mərasim etiraz aksiyası ilə müşayiət olunub.

Army.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, təşkil olunan qarşılanma və dövlət şam yeməyi zamanı etirazçılar yüksək səslə müxtəlif şüarlar səsləndiriblər. Bəzi məqamlarda etiraz səslərinin tədbirin səsini üstələdiyi bildirilib.

Nümayiş iştirakçıları Çin rəhbərliyinə qarşı şüarlar səsləndirərək Pekini insan haqları ilə bağlı məsələlərdə ittiham ediblər. Bu iddiaların etirazçılar tərəfindən səsləndirildiyi, onların doğruluğunun isə ayrıca təsdiqlənmədiyi qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi