ABŞ-ın Venesuela nefti ilə bağlı razılaşmaları ölkədə gözlənilən iqtisadi bərpanı təmin etməyib.
Army.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb.
Bildirilib ki, Nikolas Maduronun ələ keçirilməsindən sonra Vaşinqton Delci Rodrigeslə əməkdaşlığa üstünlük verib və Venesuela neftinin satışına nəzarəti ələ alıb.
Buna baxmayaraq, neft hasil olunan bölgələrdə yaşayan insanlar hələ də yoxsulluq, suyun çirklənməsi və elektrik enerjisinin kəsilməsi kimi problemlərlə üzləşirlər.
Əsas suallardan biri neft gəlirlərinin şəffaflığı ilə bağlıdır. Gəlirlərin auditinin aparılacağı vəd edilsə də, nəticələr hələ açıqlanmayıb. Böyük neft şirkətləri isə investisiya yatırmağa tələsmirlər. Çünki yataqların işlənməsi milyardlarla dollar və müqavilələrin qorunacağına dair təminat tələb edir.
İqtisadçı Rikardo Hausmanın sözlərinə görə, Vaşinqtonla Karakas arasında formalaşan münasibətləri “iki kleptokratiyanın koalisiyası” kimi xarakterizə etmək olar.
