Ev GündəmTürkiyədə bələdiyyə ilə bağlı istintaq: hazırkı və keçmiş sədr həbs olunub

Türkiyədə bələdiyyə ilə bağlı istintaq: hazırkı və keçmiş sədr həbs olunub

by Baş Redaktor
15 Baxış

Türkiyənin Adana vilayətində yerləşən Çukurova bələdiyyəsində tender prosedurları zamanı qanun pozuntuları və rüşvət iddiaları ilə əlaqədar aparılan istintaq nəticəsində 34 nəfər həbs olunub.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Həbs edilən şəxslər arasında bələdiyyənin hazırkı rəhbəri Əmrah Kozay və qurumun sabiq sədri Sonər Çətin də yer alıb.

Məlumata görə, istintaq bələdiyyədə tenderlərin keçirilməsi zamanı mümkün qanun pozuntularının və rüşvət hallarının araşdırılması çərçivəsində aparılır.

banner

Qeyd edək ki, Əmrah Kozay əvvəllər Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olub. O, 2026-cı il avqustun 7-də partiyadan ayrıldığını və Yeni Partiyaya qoşulduğunu bəyan edib.

Əlaqəli Yazılar Xüsusi