Ev DünyaTramp: “Seçkilər saxtalaşdırıldığı üçün yenidən namizəd ola bilərəm”

Tramp: “Seçkilər saxtalaşdırıldığı üçün yenidən namizəd ola bilərəm”

by Baş Redaktor
29 Baxış

ABŞ Prezidenti Donald Tramp qanunvericiliyin üçüncü dəfə prezident seçilməsinə mane olduğunu bildirsə də, yenidən namizədliyini irəli sürmək hüququna malik olduğunu düşündüyünü deyib.

Army.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Tramp bu fikrini əsaslandırarkən 2020-ci il prezident seçkilərində saxtakarlıqların baş verdiyini iddia edib. O, həmin seçkilərdə qanun pozuntularına yol verildiyini əsas gətirərək yenidən namizəd olmaq hüququnun olduğunu düşündüyünü bildirib.

ABŞ lideri daha əvvəl də üçüncü prezidentlik müddəti ehtimalını gündəmə gətirib. Bununla belə, sonradan belə bir ssenarini istisna edən açıqlamalar verib.

banner

Son çıxışında isə Tramp qanunun onun yenidən namizədliyini irəli sürməsinə mane ola biləcəyini etiraf edib. O, Konstitusiyanın müvafiq müddəasını araşdırdığını, lakin bu məsələdə tam əmin olmadığını söyləyib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyət Trampın üçüncü dəfə prezident seçilməsi imkanına hüquqi maneə yaradır.

Əlaqəli Yazılar Xüsusi