İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avropa İttifaqının bəyanatına sərt reaksiya verib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, Aİ sözçüsünün Fars körfəzi ölkələrinə qarşı hücumları pisləyən açıqlaması “riyakarlıq və məsuliyyətsizlik” nümunəsidir.
Bəqai bildirib ki, dövlətlər hüquqi öhdəlik daşıyır və öz ərazilərindən və imkanlarından başqa ölkələrə qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almalıdırlar.
