Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya lideri Vladimir Putinlə telefon danışığı barədə diqqətçəkən fikirlər səsləndirib.
Army.az xəbər verir ki, Stubb bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə müsahibəsində danışıb.
Finlandiya prezidenti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istəyən tərəflərin Rusiya ilə birbaşa təmas qurmasının vacibliyini vurğulayıb.
“Əgər Ukrayna üzrə danışıqlarda yer almaq istəyiriksə, susa və özümüzü təcrid edə bilmərik. Ruslarla birbaşa danışmalıyıq”, – deyə o bildirib.
Stubb Putinlə yaxın vaxtlarda keçirdiyi telefon danışığından da söz açıb. Finlandiya liderinin sözlərinə görə, Rusiya prezidenti “uzaqgörən, analitik düşüncəyə malik, yaxşı hazırlıqlı və söhbət zamanı son dərəcə sakit” həmsöhbətdir.
