Ev DünyaGürcüstanda elektron qolbaq taxılan DİN rəsmisi istefa verib

Gürcüstanda elektron qolbaq taxılan DİN rəsmisi istefa verib

by Baş Redaktor
131 Baxış

Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı İosif (Soso) Siqua vəzifəsindən istefa verib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, həyat yoldaşının şikayəti əsasında məişət zorakılığı ittihamı ilə istintaqa cəlb olunub. İstintaqın qərarı ilə Siqua barəsində elektron nəzarət vasitəsi – qolbaq tətbiq edilib.

Qeyd edək ki, İosif Siqua bir müddət əvvəl Gürcüstan DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.

banner

Əlaqəli Yazılar Xüsusi