Pakistan dərinləşən enerji çatışmazlığı fonunda Qətərdən maye təbii qaz (LNG) daşıyan gəminin Hörmüz boğazından təhlükəsiz keçidi üçün İranın razılığını əldə edib.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata əsasən, iyulun əvvəlindən Fars körfəzində gözləyən “Al Areesh” adlı LNG tankeri artıq Hörmüz boğazını keçərək Pakistan istiqamətində hərəkətə başlayıb.Bildirilir ki, bu addım ölkənin enerji təchizatının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.