Ev DünyaSaratovda deputatlığa namizəd saxlanıldı

Saratovda deputatlığa namizəd saxlanıldı

by Baş Redaktor
161 Baxış

Rusiyanın Saratov vilayətində Dövlət Dumasına namizədliyini irəli sürən bloqer Nikolay Bondarenko saxlanılıb.

Army.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Bildirilib ki, Bondarenko inzibati xəta ilə bağlı iş çərçivəsində saxlanılaraq məhkəməyə məcburi qaydada aparılıb.

Bloqerin sözlərinə görə, ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin nasist atributları və simvollarının, həmçinin ekstremist təşkilatların atribut və simvollarının təbliği və ya açıq nümayiş etdirilməsi ilə bağlı maddə üzrə ittiham irəli sürülüb.

banner

Bondarenko saxlanılmasını qarşıdan gələn Dövlət Duması seçkiləri fonunda siyasi təzyiq kimi qiymətləndirib. O, bu addımın seçki kampaniyası ilə əlaqəli olduğunu iddia edib.

Əlaqəli Yazılar Xüsusi