Ev DünyaMirzoyan Azərbaycanla qarşılıqlı səfərlər məsələsindən danışıb

Mirzoyan Azərbaycanla qarşılıqlı səfərlər məsələsindən danışıb

by Baş Redaktor
29 Baxış

Ermənistan və Azərbaycan arasında xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı hələlik konkret razılıq əldə olunmayıb. Bununla belə, gələcəkdə belə təmasların reallaşacağına ümid edilir.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti mərhələlərə keçilməsi sülh prosesinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Mirzoyan hesab edir ki, gələcəkdə xarici siyasət qurumlarının nümayəndələri ilə yanaşı, hər iki ölkənin liderlərinin də qarşılıqlı səfərləri və müxtəlif tədbirlərdə iştirakı mümkün olacaq.

Ermənistan XİN rəhbəri hazırkı mərhələdə bu istiqamətdə hər hansı konkret razılaşmanın mövcud olmadığını xüsusi qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi