Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfər çərçivəsində Rusiyaya yollanıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan Yekaterinburqda təşkil olunan “İnnoprom-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində keçiriləcək “Sənaye 360: Sərhədsiz istehsal” mövzusunda plenar iclasda iştirak edəcək.
Səfər proqramına həmçinin Ermənistanın Baş naziri ilə Rusiyanın Baş naziri Mixail Mişustin arasında ikitərəfli görüş də daxildir.
