İranın ali rəhbəri Ayətullah Müctəba Xamenei Yaxın Şərq ölkələrinə müraciət edərək Tehranla münasibətlərin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi çağırışı edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Yaydığı müraciətdə o, islam ölkələri və hökumətlərini qarşılıqlı anlaşma, dostluq və birgə fəaliyyətə dəvət edib:
“Regionda gedən proseslər əvvəlki vəziyyətə qayıtmayacaq və Yaxın Şərq ölkələri artıq xarici hərbi iştirak üçün əvvəlki rolunu oynamayacaq”.
O, həmçinin ABŞ-ın bölgədə əvvəlki mövqelərindən uzaqlaşdığını iddia edərək qeyd edib ki, Vaşinqton üçün təhlükəsiz dayaq nöqtələrinin azalması onun regional təsir imkanlarını zəiflədir.
