Ev Hərbi XəbərlərƏrdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

by Baş Redaktor
43 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Army.az xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib.

“Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunur. Mən də fövqəladə vəziyyət yaranmazsa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanı da əldə edərik.

Azərbaycan Prezidenti cənab İlham Əliyevlə artıq telefon danışıqlarım olub. Bu arada həm Milli Kəşfiyyat Təşkilatının rəhbərini, həm də xarici işlər nazirini Azərbaycana göndərmişəm. Bundan əlavə, İlham bəylə, eləcə də xanımlar arasında telefon diplomatiyası həyata keçirilib və davam etdirilir. Onlar da noyabrın 8-də qeyd olunacaq Zəfər Gününə böyük əhəmiyyət verirlər”, – Türkiyə lideri vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi