Ev Hərbi XəbərlərTürkiyə ilə Qətər müdafiə sənayesində güclərini birləşdirir?

Türkiyə ilə Qətər müdafiə sənayesində güclərini birləşdirir?

by Baş Redaktor
39 Baxış

Türkiyə ilə Qətər müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin məlumatında bildirilib.

Komitənin sədri professor Haluk Görgün Qətərin baş nazirinin müavini, müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən bin Əli Əl Sani və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Danışıqlar zamanı Ankara ilə Doha arasında müdafiə sənayesi sahəsində tərəfdaşlığın yeni istiqamətləri nəzərdən keçirilib. Tərəflər birgə layihələrin hazırlanması, texnoloji potensialın artırılması və istehsal imkanlarının inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

banner

Qeyd edək ki, Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında imzalanmış “Bədir” Müdafiə Sənayesi Anlaşma Memorandumu bu sahədə çoxtərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənəd çərçivəsində müdafiə texnologiyalarının inkişafı, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin genişləndirilməsi, texniki əlaqələrin gücləndirilməsi, eləcə də iştirakçı ölkələrin sənaye potensialından birgə istifadə edilməsi planlaşdırılır. Memorandum yeni ortaq layihələrin həyata keçirilməsi üçün də imkanlar yaradır.

Qətər nümayəndə heyətinin Türkiyəyə səfəri isə “Bədir” memorandumu çərçivəsində nəzərdə tutulan əməkdaşlığın praktiki müstəvidə inkişaf etdirilməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.

Əlaqəli Yazılar Xüsusi