Ev DünyaZelenski ABŞ-dakı seçkilərdən sonra Vaşinqtondan daha çox hərbi yardım gözləyir

Zelenski ABŞ-dakı seçkilərdən sonra Vaşinqtondan daha çox hərbi yardım gözləyir

by Baş Redaktor
24 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə keçirilən aralıq seçkilərində demokratların qələbəsindən sonra Vaşinqtonun Kiyevə ayıracağı yardımın artacağına ümid etdiyini bildirib.

Army.az xəbər verir ki, Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində qeyd edib ki, Konqres Avropanın hazırda göstərdiyi dəstəyə bənzər şəkildə Ukraynaya əhəmiyyətli maliyyə və ya hərbi yardım göstərilməsi məsələsini gündəmə gətirsə, bu, müsbət addım olar.

“Əgər Konqres hazırda Avropanın etdiyi və nümayiş etdirdiyi kimi, əhəmiyyətli maliyyə dəstəyi və ya hərbi yardım məsələsini müzakirəyə çıxarsa, bu, müsbət amil olacaq”, – deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl ABŞ-da keçirilən aralıq seçkilərində respublikaçıların uğursuzluğundan sonra Zelenskinin Donald Trampla münasibətlərdə daha sərt davranacağını iddia edib.

banner

Əlaqəli Yazılar Xüsusi