Ev Dünyaİstanbulda üçtərəfli görüş ehtimalı: Ankara Moskva ilə təmaslara hazırlaşır

İstanbulda üçtərəfli görüş ehtimalı: Ankara Moskva ilə təmaslara hazırlaşır

by Baş Redaktor
46 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və mümkün sülh danışıqları ilə bağlı məsələlərin müzakirə olunduğunu açıqlayıb.

Army.az xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında İstanbulda Rusiya, Ukrayna və Türkiyə liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalına münasibət bildirib.

Türkiyə liderinin sözlərinə görə, Zelenski ilə söhbət zamanı münaqişənin sona çatdırılması üçün diplomatik təmasların və danışıqlar prosesinin əhəmiyyəti xüsusi vurğulanıb. O qeyd edib ki, Ankara müharibənin başa çatması və sülhün əldə olunması istiqamətində vasitəçilik səylərini davam etdirmək niyyətindədir.

Ərdoğan əlavə edib ki, Ukrayna Prezidenti ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də təmas qurmaq və münaqişənin digər tərəfinin mövqeyini müzakirə etmək istəyirlər.

banner

O bildirib ki, bu məqsədlə Türkiyənin xarici işlər naziri də daxil olmaqla, aidiyyəti dövlət rəsmiləri rusiyalı həmkarları ilə əlaqələr saxlayacaq. Görüləcək işlərin əsas məqsədi Moskvanın mümkün üçtərəfli görüşə hazırlanmasına nail olmaqdır.

Əlaqəli Yazılar Xüsusi