Ev Hərbi XəbərlərSEPAH: Hörmüz boğazından sutkada 7-8 gəmidən çox keçmir

SEPAH: Hörmüz boğazından sutkada 7-8 gəmidən çox keçmir

by Baş Redaktor
39 Baxış

“Hörmüz boğazından keçən gəmilərin sayı kəskin şəkildə azalıb”.

Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebbi məlumat yayıb.

Onun sözlərinə görə, boğazın normal fəaliyyət göstərdiyi dövrdə sutka ərzində ən azı 125 gəmi bu marşrutdan keçirdi. Hazırda isə göstərici 7-8 gəmidən çox deyil.

Möhebbi bildirib ki, hazırda boğazdan keçən gəmilər İranın keçidinə icazə verdiyi nəqliyyat vasitələridir:

banner

“Hörmüz boğazı açıq olduğu zaman hər gün ən azı 125 gəmi oradan keçirdi. Hazırda isə sutkada 7-8-dən artıq gəmi keçmir. Bunlar da İranın keçidinə icazə verdiyi gəmilərdir”.

Əlaqəli Yazılar Xüsusi