“Rusiya Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın saxlanılması fonunda ölkədə qanunun aliliyinə və vətəndaşların hüquqlarına əməl olunacağına ümid edir”.
Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov avqustun 26-da keçirdiyi brifinqdə deyib.
Peskov Ermənistanın daxili siyasi proseslərinə şərh vermək istəmədiyini bildirib. Bununla yanaşı, o, ölkədə baş verən hadisələrin qanun çərçivəsində cərəyan edəcəyinə və vətəndaşların bütün hüquqlarının qorunacağına ümid etdiklərini vurğulayıb.