Ev Hərbi Xəbərlər“Neptun”dan dağıdıcı hücum: Rusiya obyektləri vuruldu

“Neptun”dan dağıdıcı hücum: Rusiya obyektləri vuruldu

by Baş Redaktor
56 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Atlant Aero” müəssisəsinə və Rusiya qüvvələrinə məxsus patrul gəmisinə zərbə endirildiyini təsdiqləyib.

Army.az xəbər verir ki, aprelin 19-da Ukraynanın “Neptun” qanadlı raketləri ilə həyata keçirilən hücum nəticəsində “Atlant Aero” zavodu vurulub.

Bu müəssisənin “Molniya” tipli zərbə-kəşfiyyat pilotsuz aparatlarının, eləcə də “Orion” PUA-ları üçün komponentlərin istehsalı ilə məşğul olduğu bildirilir.

Bundan əlavə, aprelin 22-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti üçün nəzərdə tutulmuş 22460 layihəli patrul gəmisinə zərbə endirildiyi qeyd olunur. Sevastopolda yerləşən gəminin döyüş idarəetmə hissəsinin zədələndiyi təsdiqlənib.

banner

Əlaqəli Yazılar Xüsusi