“Avropa İttifaqının Ermənistanı özünün forpostuna çevirməyə çalışdığını görürük. Ermənistanın öz ərazisində yeni missiya yerləşdirməyə razılığı, ölkə rəhbərliyinin bundan Avropa yolunda irəliləyişini sürətləndirmək üçün istifadə etməyə ümid etməsi ilə açıq şəkildə bağlıdır”.
Army.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ heç bir real yardım göstərməyəcək, necə ki, digər ölkələrə də real yardım göstərmir. Onlar daim tez üzvlük vəd edirlər, amma əslində sadəcə bu ölkələri öz siyasi məqsədləri üçün resurslar çıxarır və ya istismar edirlər:
“Qanunsuz maliyyə axınlarını izləmək və kiberhücumlara qarşı mübarizə bəhanəsi ilə Aİ Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq. Biz Avropa İttifaqını yaxşı tanıyırıq, heç bir halda onların 7 iyun parlament seçkilərinin nəticələrinə təsir etmək istəməsi istisna edilə bilməz”.
