Ukraynanın müharibədən sonrakı bərpası üçün 800 milyard dollardan çox vəsait tələb olunacaq.
Army.az xəbər verir ki, bu barədə “Politika Stranı” adlı Telegram kanalı məlumat yayıb.
Məlumata görə, beynəlxalq konsaltinq şirkəti “McKinsey & Company” tərəfindən aparılan təhlil göstərib ki, bərpa prosesi üçün 800 milyard dollardan artıq maliyyə lazımdır. Lakin yüksək risklər səbəbindən bu qədər vəsaiti cəlb etmək olduqca çətin olacaq.
İnvestorlar əsas risk amilləri kimi hərbi əməliyyatlar nəticəsində aktivlərin məhv olmasını, layihələrin yarımçıq qalmasını, siyasi qeyri-sabitliyi və iqtisadi zəifliyi göstərirlər. Qeyd olunur ki, münaqişə başa çatsa belə, bu risklər hələ də qalacaq.
Eyni zamanda, ilk beş il ərzində iqtisadiyyatın saxlanılması üçün təxminən 360 milyard dollara ehtiyac olacaq. Bunun üçün 120-140 milyard dollar həcmində xarici borcun cəlb edilməsi planlaşdırılır, lakin banklar və investorlar ehtiyatlı davranacaq.
