Bəşər Əsəd hakimiyyəti dövründə Suriyanın kəşfiyyatına rəhbərlik edən Hüssam Luka hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçaraq Rusiyaya gedib.
Army.az xəbər verir ki, BBC-nin araşdırması nəticəsində Suriyanın keçmiş kəşfiyyat rəhbərinin Rusiyada olduğu müəyyənləşdirilib.
Nəşrin məlumatına görə, jurnalistlər Lukanın izinə Dəməşqdəki iqamətgahında tapılan qeyd dəftəri vasitəsilə düşüblər.
Luka 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yoxa çıxıb. Bundan qısa müddət sonra hərbçilər onun evində 155 əlyazma əlaqənin qeyd edildiyi dəftər tapıblar. Siyahıda satıcılardan və həkimlərdən tutmuş hərbi məmurlara və Lukanın qohumlarına qədər müxtəlif şəxslərin əlaqələri yer alıb.
BBC jurnalistləri dəftərdəki bütün nömrələri yoxlayıb. Onlardan biri Lukanın telefon nömrəsini jurnalistlərə təqdim edib.
Araşdırma nəticəsində həmin nömrənin Rusiyada qeydiyyatda olduğu müəyyənləşdirilib.
