Xarkovun Saltovka rayonunda yaşayış ərazisinə endirilən zərbələr nəticəsində azı 2 nəfər həyatını itirib, 12 nəfər isə xəsarət alıb.
Army.az xəbər verirr ki, bu barədə Xarkov meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Bildirilib ki, hadisə zamanı bir neçə çoxmərtəbəli binaya ciddi ziyan dəyib. Yaşayış binalarından birində 7-ci mərtəbədən 10-cu mərtəbəyədək olan hissə dağılıb.
Digər binaya zərbə dəydikdən sonra içəridə qalan sakinlərin köməyə ehtiyacı yaranıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları göndərilib.
