Ev Hərbi XəbərlərHərbi texnologiya üstündə mübahisə: Kiyev nəzarət tələb edir

Hərbi texnologiya üstündə mübahisə: Kiyev nəzarət tələb edir

by Baş Redaktor
7 Baxış

Ukrayna və Yunanıstan arasında dəniz pilotsuz aparatlarının istehsalı və istifadəsi ilə bağlı danışıqlarda ciddi fikir ayrılığı yaranıb.

Army.az xəbər verir ki, bu barədə “Ekathimerini” məlumat yayıb.

Bildirilir ki, Kiyev tərəfi istehsal olunacaq naval dron üzərində əməliyyat nəzarətini saxlamaq istəyir.

Lakin Afina bu tələbi qəbul etmir və bunu öz hərbi suverenliyinə zidd addım kimi qiymətləndirir.

banner

Məlumata əsasən, Yunanıstan Ukrayna texnologiyası əsasında öz hərbi gəmilərində bu sistemlərin istehsalını planlaşdırır və bununla həm müdafiə qabiliyyətini gücləndirmək, həm də yerli sənayeni inkişaf etdirmək istəyir.

Eyni zamanda, tərəflər Ukraynanın müharibə şəraitində əldə etdiyi dəniz dronları üzrə təcrübənin ötürülməsi məsələsini də müzakirə edirlər.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment