Livanın cənubu və İsrailin şimal istiqamətlərində yerləşən İsrail qüvvələrinin “Hizbullah” tərəfindən hücuma məruz qaldığı iddia olunub.
Army.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, son 24 saat ərzində İsrail hədəflərinə qarşı ümumilikdə 12 əməliyyat həyata keçirilib. Bildirilir ki, zərbələr hərbi texnika, pilotsuz uçuş aparatlarına qarşı istifadə olunan sistemlər və “Dəmir günbəz” kompleksinin buraxılış qurğularını əhatə edib.
“Hizbullah” bu hücumların İsrailin atəşkəs rejimini pozduğunu və Livanın cənub yaşayış məntəqələrinə zərbələr endirdiyini iddia edərək cavab xarakteri daşıdığını bəyan edib.
