Ev Dünyaİran: Qərbin Tehranın pislənməsi cəhdi nəticəsiz qaldı

İran: Qərbin Tehranın pislənməsi cəhdi nəticəsiz qaldı

by Baş Redaktor
21 Baxış

Bir sıra Qərb ölkələrinin Tehranın beynəlxalq platformada pislənməsi ilə bağlı təşəbbüsü nəticəsiz qalıb.

Army.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi məlumat yayıb.

Onun sözlərinə görə, nüvə silahının yayılmaması rejimi “nüvə istisnaçılığı” yanaşması üzərində deyil, bərabər təhlükəsizlik və dövlətlərin suveren bərabərliyi prinsipləri əsasında qurulmalıdır.

Qaribabadi iddia edib ki, son bir ildə İranın beynəlxalq nəzarət və təminatlar altında fəaliyyət göstərən dinc nüvə obyektləri ABŞ və İsrail tərəfindən hücumlara məruz qalıb, lakin bəzi Qərb ölkələri bu hadisələri qınamaq əvəzinə məsuliyyəti Tehranın üzərinə yönəltməyə çalışıb.

banner

İran rəsmisinin sözlərinə görə, beynəlxalq görüş zamanı Qərb dövlətləri İranın beynəlxalq öhdəlikləri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qətnamələri ilə bağlı öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək yekun sənədə Tehranı tənqid edən müddəaların salınmasını istəyiblər, lakin İran tərəfi buna mane olub.

Diplomat əlavə edib ki, tərəflər arasında fikir ayrılığı səbəbindən forum yekun bəyannamə qəbul edilmədən başa çatıb və Tehran beynəlxalq platformaların siyasi məqsədlərlə istifadəsinə qarşı çıxmağa davam edəcək.

Əlaqəli Yazılar Xüsusi