Ev DünyaTehran ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı

Tehran ABŞ-la danışıqlar üçün şərtlərini açıqladı

by Baş Redaktor
35 Baxış

ABŞ-la mümkün danışıqlar yalnız Tehranın irəli sürdüyü şərtlər əsasında baş tuta bilər.

Army.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi İbrahim Rezai məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton “rasional davranmaq istəyirsə”, bu şərtləri qəbul etməkdən başqa yolu yoxdur:

“İranın irəli sürdüyü 10 əsas tələb arasında ölkənin uranın zənginləşdirilməsi hüququnun tanınması, vurulmuş zərərə görə kompensasiya ödənilməsi və Hörmüz boğazının idarə olunmasında İranın rolunun qəbul edilməsi yer alır.

banner

Tehran bu mövqelərindən geri çəkilməyəcək və Hörmüz boğazı ilə bağlı vəziyyət artıq əvvəlki kimi olmayacaq”, – deyə qeyd edib.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment