ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Miliband ilə keçirəcəyi görüş öncəsi jurnalistin Ukrayna ilə bağlı sualına zarafatla cavab verib.
Army.az xəbər verir ki, bu barədə C-SPAN məlumat yayıb.
Jurnalist Rubiodan görüş zamanı Ukrayna məsələsinin müzakirə olunub-olunmayacağını soruşduqda, ABŞ rəsmisi sualı yumorla qarşılayıb.
“Bu nə sualdır? Əlbəttə, Ukrayna barədə danışacağıq. Hətta düşünürəm ki, qalaktikalararası məsələləri və başqa bir çox mövzunu da müzakirə edəcəyik”, – deyə Rubio zarafat edib.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Rubio ilə Ed Miliband arasında keçirilən görüşün yekunlarına dair açıqlama yayıb. Bildirilib ki, tərəflər Avropanın öz təhlükəsizliyinin təmin edilməsində daha fəal rol oynamasının vacibliyini müzakirə ediblər.
