Ev DünyaHakan Fidan : “Məqsədimiz Rusiyada sülh danışıqlarıdır”

Hakan Fidan : “Məqsədimiz Rusiyada sülh danışıqlarıdır”

by Baş Redaktor
119 Baxış

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya–Ukrayna müharibəsinin mümkün qədər tez dayandırılmasını və tərəflər arasında genişmiqyaslı sülh danışıqlarının başlanmasını dəstəklədiyini bildirib.

Army.az xəbər verir ki, o, bu fikirləri Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayevlə görüşdən sonra keçirilən mətbuat konfransında səsləndirib.

Fidan qeyd edib ki, görüş zamanı Ukraynada davam edən müharibənin yaratdığı nəticələr və onun mümkün genişlənmə riskləri ətraflı müzakirə olunub.

O, həmçinin Rusiyaya son səfərindən və aparılan təmaslardan əldə etdiyi təəssüratları həmkarı ilə bölüşdüyünü bildirib.

banner

“Bu gün bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Məqsədimiz və istəyimiz müharibənin mümkün qədər tez başa çatması və hərtərəfli sülh danışıqlarının başlanmasıdır. Bu məsələdə Qırğızıstanla eyni mövqedəyik”, – deyə Hakan Fidan vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi