Ev GündəmMakronun varisi nə vaxt seçiləcək? Tarix açıqlandı

Makronun varisi nə vaxt seçiləcək? Tarix açıqlandı

by Baş Redaktor
99 Baxış

Fransa hökuməti 2027-ci il prezident seçkilərinin keçiriləcəyi tarixləri rəsmən müəyyənləşdirib.

Army.az xəbər verir ki, bu barədə Fransanın energetika naziri və hökumətin sözçüsü Mod Brejon məlumat verib.

Onun sözlərinə görə, məsələ hökumətin iclasında müzakirə olunaraq bütün siyasi partiyalarla aparılan məsləhətləşmələrdən sonra yekun qərar qəbul edilib.

Qərara əsasən, prezident seçkilərinin birinci turu 18 aprel 2027-ci ildə, ikinci turu isə 2 may 2027-ci ildə keçiriləcək.

banner

Brejon bildirib ki, seçki təqviminin təsdiqlənməsi ölkədə qarşıdakı prezident seçkilərinə hazırlıq prosesinin rəsmi başlanğıcı hesab olunur.

Əlaqəli Yazılar Xüsusi