Tehran yaxınlığında İran ordusuna aid olduğu bildirilən 1L222M “Avtobaza-M” sisteminin qalıqlarını əks etdirdiyi iddia olunan görüntülər yayılıb.
Army.az xəbər verir ki, yayılan məlumatlara görə, kompleks ABŞ və ya İsrail tərəfindən endirildiyi iddia olunan zərbələr zamanı sıradan çıxarılıb.
İddialarda qeyd olunur ki, görüntülərdə aşkarlama və istiqamət müəyyənləşdirmə stansiyasının, eləcə də informasiya emalı modulunun qalıqları görünür.
Açıqlanan məlumata əsasən, hadisə yerinin koordinatları Tehran yaxınlığında göstərilib. Bildirilir ki, bu tip komplekslərin bir neçəsi 2011-ci ildə İrana çatdırılıb.
“Avtobaza-M” radiotexniki kəşfiyyat sistemi hesab olunur və radar, rabitə və naviqasiya vasitələrinin yaydığı siqnalları aktiv şüalanma olmadan müəyyən məsafədən izləmək və analiz etmək imkanına malikdir.
