İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd-Baqir Zolqədr bildirib ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlar cavabsız qalmayacaq.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, ölkənin infrastrukturunu hədəf alan bütün hücumlara müvafiq şəkildə cavab veriləcək.
Zolqədr həmçinin vurğulayıb ki, bu əməliyyatların arxasında dayandığını iddia etdiyi İsrail də məsuliyyətdən kənarda qalmayacaq və Tehran buna uyğun addımlar atacağını bildirir.
