Ermənistanın Tavuş vilayətində 19 yaşlı hərbçinin meyiti çaydan tapılıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, xilasedicilər Getahovit kəndi ərazisindən keçən Xaçaqbyur çayında aşkarlanan gənc hərbçinin meyitini sudan çıxarıblar.İlkin araşdırmalar zamanı bildirilib ki, hərbçi ehtiyatsızlıq nəticəsində çaya yıxılıb.
Onun yıxılarkən başını daşlara vurduğu ehtimal edilir.Faktla bağlı aidiyyəti istintaq orqanı tərəfindən cinayət işi açılıb və hadisənin bütün təfərrüatları araşdırılır.
