Ev Hərbi XəbərlərFinlandiya üçün xəbərdarlıq: dron insidentləri arta bilər

Finlandiya üçün xəbərdarlıq: dron insidentləri arta bilər

by Baş Redaktor
26 Baxış

Finlandiyada pilotsuz uçuş aparatlarının hava məkanını pozması ilə bağlı yeni insidentlərin baş verə biləcəyi ehtimal olunur.

Army.az xəbər verir ki, bu barədə xəbərdarlığı Milli Koalisiya Partiyasından deputat Carno Limnel səsləndirib.

O, sosial şəbəkədə bildirib ki, əgər hücumlar davam edər və onların intensivliyi yüksək qalarsa, bu cür hadisələrin Finlandiyada da artması qaçılmaz olacaq.

Deputatın sözlərinə görə, ölkənin hava sərhədlərinin pozulması ehtimalı regionda davam edən hərbi gərginlik fonunda gözlənilməz sayılmır. O qeyd edib ki, döyüşlərin Finlandiyaya yaxın ərazilərdə getməsi riski daha da artırır.

banner

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment