Ev Hərbi Xəbərlərİranın “Qüds” qüvvələrinin komandanı Bağdadda: mühüm görüşlər başladı

İranın “Qüds” qüvvələrinin komandanı Bağdadda: mühüm görüşlər başladı

by Baş Redaktor
64 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı, general İsmayıl Qəni yüksək səviyyəli hərbi və təhlükəsizlik nümayəndə heyəti ilə İraqın paytaxtı Bağdada səfər edib.

Army.az xəbər verir ki, bu barədə “Al-Hadas” telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, iranlı general Bağdadda Tehranın İraqdakı silahlı müttəfiq qruplarının rəhbərləri və komandirləri ilə görüşlər keçirib.

İsmayıl Qəni “Qüds” qüvvələrinə 2020-ci ildən rəhbərlik edir və onun əsas fəaliyyət istiqamətlərindən biri İranın regiondakı xarici hərbi əlaqələrinin koordinasiyasıdır. Qəni daha əvvəl də İraqa səfərləri zamanı ölkədəki siyasi və silahlı qrupların nümayəndələri ilə görüşüb.

banner

Hazırkı səfərin konkret gündəliyi və görüşlərdə müzakirə olunan məsələlər barədə əlavə məlumat açıqlanmayıb.

Əlaqəli Yazılar Xüsusi